11:13
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.
16 may 2024, 11:13Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.
Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olundu, Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.
Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğuladı və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını dedi.
Qəbula görə minnətdarlığını bildirən Haluk Görgün böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməklərindən məmnunluq duyduqlarını vurğuladı və Türkiyə müdafiə sənayesinin əsasını təşkil edən nüfuzlu şirkətlərin rəhbərlərinin burada təmsil olunduqlarını bildirdi. Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verdi.
Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Ramazan ayı münasibətilə təbriklərini və bu müqəddəs ayın Azərbaycan üçün xeyirli və bərəkətli olması ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.
Haluk Görgün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi inamlı Zəfəri vurğulayaraq İlham Əliyevin prezident seçkilərində qalib gəlməsini bir-birinin ardınca qazanılan qələbə hadisələri kimi qiymətləndirdi. O, prezident seçkilərindən sonra dövlətimizin başçısının bu ilin fevralında Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafında rolunu qeyd etdi.
Sonda Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim olundu.
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.
16 may 2024, 11:13Hörmətli Forum iştirakçıları!
Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə...
15 may 2024, 17:55Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...
15 may 2024, 16:00Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...
13 may 2024, 13:18Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...
13 may 2024, 13:16Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...
13 may 2024, 13:14Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 13 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –...
13 may 2024, 12:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...
13 may 2024, 12:57