29 aprel 2024, 14:59

Taryel Hüseynovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sakini olduğum Gəncə şəhəri bugünkü mənzərəsi ilə ürəyimizi açır. Şəhərimiz qədimliyi və müasirliyi özündə təcəssüm etdirməklə bərabər, sürətli tərəqqisi ilə diqqəti cəlb edir. Gəncənin belə abad görkəm almasında, inkişaf etməsində Sizin rolunuz danılmazdır.

Sizin iştirakınızla Gəncə İdman Sarayının açılışı, eləcə də Gəncə şəhər stadionunun yenidən tikilməsi barədə Sərəncam verməyiniz qürurvericidir. Mən, bir futbol məşqçisi olaraq, Gəncə idmanına göstərilən qayğıdan öz razılığımı və məmnunluğumu ifadə etmək istərdim. Biz də öz işimizlə bütün bunlara töhfə verməyə çalışacağıq.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynov Taryel,

futbol üzrə qapıçı-məşqçi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.