07 may 2024, 15:30

Fədail Babaverdiyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin prezident seçildiyiniz ilk gündən bu günə kimi ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf xətti müşahidə olunmaqdadır. Respublikada nəinki sabitlik qorunub, o cümlədən gündən-günə güclənmiş, beynəlxalq arenada öz sözünü deyən, özünün milli maraqlarını ən yüksək səviyyədə qoruyan və müstəqil siyasət həyata keçirən ölkəyə çevrilmişik.

Dövlətimiz tərəfindən mənzillərlə təmin olunmağımız, yaşadığımız ərazidə yeni qəsəbənin yaradılması və ona “Şəfəq” adının verilməsi bizi çox sevindirdi.

Cənab Prezident, göstərdiyiniz hərtərəfli qayğıya görə Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Babaverdiyev Fədail Şahbaba oğlu, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, “Şəfəq” qəsəbəsi.