08 may 2024, 14:23

Qarabağ müharibəsi əlilindən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin sayənizdə müstəqilliyimiz daha da möhkəmləndi, Azərbaycan sürətlə inkişaf etdi. Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra erməni terrorçuları ərazilərimizdən tamamilə uzaqlaşdırıldı.

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına böyük diqqət göstərilir, onların sosial təminatları istiqamətində əməli tədbirlər görülür. Bu kateqoriyalardan olan vətəndaşların yaşadığı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi və yerli idarəçiliyin yaradılması bu qayğının növbəti göstəricilərindəndir.

Bizə göstərdiyiniz böyük diqqətə görə Sizə təşəkkürümü bildirir və bu müqəddəs, şərəfli fəaliyyətinizdə neçə-neçə uğurlar arzulayırıq.

 

Hörmətlə,

Mehdiyev Ərəstun Qafar oğlu,

Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.