08 may 2024, 16:21

Sənan Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Azərbaycanımızı nicata aparan inkişaf strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz qarşısında duran ən ümdə məsələlərin həllinə nail olduq. Torpaqlarımız döyüş meydanında qazanılan şanlı Qələbə ilə düşməndən azad olundu.

Sizin düşünülmüş və uğurlu siyasətiniz nəticəsində beynəlxalq aləmdə nüfuzumuz artmış, o cümlədən dünya əhəmiyyətli tədbirlərin ev sahibinə çevrilmişik. Diqqət və qayğınızla internat evlərində böyüyən və tərbiyə olunan hər bir şəxs dövləti özünə valideyn bilir.

Mənzillərlə təmin olunduğumuz ərazidə yeni qəsəbənin yaradılması sakinlər tərəfindən böyük minnətdarlıq və sevinc hissi ilə qarşılanmışdır.

Cənab Prezident, xalqımıza yaşatdığınız bu qələbələrə, baş ucalığına görə Sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Sənan İbrahim oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.