08 may 2024, 10:03

Vətən müharibəsi qazisindən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin güclü siyasətiniz nəticəsində, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu.

Mən vətənimizin müdafiəsi zamanı gedən döyüşlərdə bir gözümü, bir ayağımı itirmişəm. Vətənimə canım qurban!

Şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyiniz diqqət və qayğıya görə Sizə “çox sağ olun!” deyirəm. Mən fəxr edirəm ki, Sizin kimi güclü, igid, qəhrəman Ali Baş Komandanım var.

Allah Sizi qorusun!

Hörmətlə,

Elşad Nəsibov,

Vətən müharibəsi qazisi.

Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.