15 may 2024, 17:22

Rizvan Səfərovdan, Gəncə, Azərbaycan

Cənab Ali Baş Komandan, möhtərəm Prezident.

Biz idmançılara hədiyyə olaraq açılışını etdiyiniz möhtəşəm Gəncə İdman Sarayına və təməlini qoyduğunuz futbol stadionuna görə Sizə dərin təşəkkür edir, ən xoş arzularımı çatdırıram.

Sizin qədim Gəncə şəhərinə hər səfəriniz bütün sakinlər kimi məni də çox sevindirir. Çünki bu səfərlər yeniliklərlə yadda qalır. Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisi və onun ətrafında abadlıq işlərinin görülməsi biz gəncəliləri çox məmnun edir. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır.

Şəhərimizdə nəhəng idman qurğularının yaradılması təkcə Gəncədə deyil, bütövlükdə bu bölgədə yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsinə mühüm töhfə olacaqdır.

Sizə bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rizvan Səfərov.

Azərbaycan Respublikası, Gəncə şəhəri.